Dünyanın qarışdığı vaxtda - Cənubi Qafqaz yüz il sonra sülhə qovuşur

Dünya

28.04.2026 20:40

Ermənistan və Türkiyə rəsmiləri Qars şəhərində Qars–Gümrü dəmir yolunun bərpası məqsədilə birgə işçi qrupunun yaradılması üçün görüş keçiriblər.  

TodayPress TV xəbər verir ki, Ermənistan və Türkiyə arasında bu mühüm nəqliyyat xəttinin bərpası regional əlaqələrin genişlənməsi və sabitliyin möhkəmləndirilməsi istiqamətində vacib addımdır. 

Qeyd edək ki, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi Vaşinqton sammiti bu kimi əhəmiyyətli inkişaflar üçün zəmin yaratmışdı. 

Eyni zamanda ABŞ-nin İrəvandakı səfirliyi onilliklərdir bağlı olan Ermənistan və Türkiyə arasında iqtisadi və insanlararası əlaqələrin yenidən açılması istiqamətində atılan bu konkret addımları alqışlayıb. 

Aysel Mətləb 

TodayPress TV

tag: Ermənistan ,Türkiyə ,Qars ,Gümrü ,TodayPress TV,