Dünyada ərzaq qıtlığı yaranır

Dünya

10.04.2026 19:00

İsraillə gərginliyin başlanmasından sonra Livanda ərzaq qiymətləri ciddi şəkildə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Dünya Ərzaq Proqramının ölkə direktoru Allison Oman məlumat verib.

Onun sözlərinə görə, tərəvəzlərin qiyməti 40%-dən çox, çörəyin qiyməti isə 17%-ə qədər artıb. Eyni zamanda ev təsərrüfatlarının gəlirləri azalır, lakin davam edən köçkünlük səbəbindən ərzağa tələbat artır.

O qeyd edib ki, mövcud vəziyyət artıq təkcə köçkünlük problemi deyil. Sürətlə ərzaq təhlükəsizliyi böhranı başlayır.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,Livan,Ərzaq,Qiymət,Todaypress.tv,