Dünya ölkələri İranı tərk etməyə çağırır - NƏ BAŞ VERİR?
Dünya
21.02.2026 11:32
ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyata hazırlıqları davam etdirildiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, ölkənin ən böyük təyyarədaşıyan gəmisi olan "USS Gerald R. Ford" Cəbəllütariqdən keçib.
Mənbələr hücumun gəminin bölgəyə çatmasından bir neçə gün sonra baş verə biləcəyini iddia edir.
ABŞ Prezidenti Donald Tramp son açıqlamasında İrana qarşı mümkün əməliyyatın məhdud xarakter daşıya biləcəyini bildirib.
Bununla yanaşı Almaniya hökuməti İrandakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Bəyanatda hərbi münaqişənin daha da genişlənə biləcəyi istisna edilməyib və Almaniya vətəndaşlarına mövcud bütün imkanlardan istifadə edərək ölkəni tərk etmək tövsiyə olunub. Həmçinin bildirilib ki, vəziyyət pisləşərsə, Almaniya Xarici İşlər Nazirliyi və səfirlik ölkəni tərk etmək istəyənlərə dəstək göstərə bilməyəcək.
Türkan İsgəndərli
tag: ABŞ,İran,Hücum,Vətəndaş,Todaypress.tv,
