Dünya bazarında böhran, ABŞ-də rekord qazanc: Nə baş verir?

Dünya bazarında böhran, ABŞ-də rekord qazanc: Nə baş verir?
03.07.2026 22:45 Dünya

ABŞ-nin ən böyük neft şirkətləri “Exxon Mobil” və “Chevron” 2022-ci ildən bəri ən yüksək rüblük mənfəəti açıqlamağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, şirkətlərin ikinci rübdəki mənfəəti birinci rüblə müqayisədə üç dəfədən çox arta bilər. Buna səbəb qlobal neft qiymətlərinin yüksək qalması və dünya bazarında yanacaq çatışmazlığıdır.

Bu nəticələrin ABŞ Prezidenti Donald Trampın mövqeyi ilə ziddiyyət yarada biləcəyi bildirilir. Tramp seçkilər öncəsi benzinin qiymətlərinin aşağı salınmasını tələb edir və qiymətlərin əsassız artırılması halında tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

Neft sənayesi isə yanacağın qiymətinin təkcə xam neftdən deyil, emal xərcləri, logistika, ehtiyatların idarə olunması və vergilər kimi bir çox amillərdən asılı olduğunu bildirir.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər