İran AEBA ilə əməkdaşlığı tamamilə dayandırdı - Səbəb...
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təftişlərinin bərpası yalnız tənzimləyici qurumun İrana nüvə obyektlərinin və alimlərinin təhlükəsizliyinin təmin edilməsi barədə rəsmi bəyanatından sonra mümkün olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Vahid Əhmədi "SNN" telekanalına müsahibəsində bildirib.
"Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qaydalarına əsasən, Nüvə Silahlarının Yayılmaması Haqqında Müqaviləyə üzv ölkələrə məxsus bütün nüvə mərkəzləri mühafizə olunmalı və hücumlara məruz qalmamalıdır", - deyə parlamentari vurğulayıb.
Deputat beynəlxalq tənzimləyici ilə qarşılıqlı əlaqənin tamamilə dondurulduğunu qeyd edib:
"AEBA ilə hər cür əməkdaşlıq dayandırılıb. Bu dayandırılmaya həm təftişlərin keçirilməsi, həm də digər qarşılıqlı əlaqə formaları daxildir".
Qanunvericinin sözlərinə görə, Tehran birgə işə yalnız dəqiq tələbin yerinə yetirilməsi halında qayıdacaq.
Aysel Mətləb