Doğukan Güngör sərbəst buraxıldı
Türkiyədə məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində aktyor Doğukan Güngör saxlanılıb.
TodayPress TV xəbər verir ki, o, bu səhər prokuror tərəfindən dindirilmək üçün Çağlayan Ədliyyəsinə gətirilib. Saat 9:00-da 25 nəfərlə birlikdə Çağlayana gətirilən Güngör qısa müddət sonra sərbəst buraxılıb.
Qeyd edək ki, 29 yaşlı Doğukan “Kızılcık şerbeti” serialının baş rollarından birini - "Fatih Ünal"ı ifa edir.