Dmitriyev: "Rütte uğursuz NATO-nu müdafiə edə bilmir"
"NATO-nun baş katibi Mark Rutte alyansın problemlərini aradan qaldıra bilmir".
TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
“Uğursuz Rütte uğursuz NATO-nu müdafiə edə bilmir”, — deyə Dmitriyev "X" sosial şəbəkəsində yazıb.
Qeyd olunur ki, bu açıqlama Rüttenin ABŞ Prezidenti Donald Tramp ilə NATO-nun müəyyən məsələlərdə uğursuz olduğu barədə razılaşmasına cavab olaraq səsləndirilib.
Bundan əvvəl Rütte bəzi NATO ölkələrinin ABŞ tərəfindən irəli sürülən sınaqdan keçə bilmədiyini etiraf etmişdi.
Qiymət Mahir