Dmitri Medvedev Ermənistanı hədələdi

Dmitri Medvedev Ermənistanı hədələdi
28.06.2026 15:00 Dünya

"Rusiya ilə mövcud əlaqələrin qırılması Ermənistanın sıravi vətəndaşları üçün qaçılmaz ağır nəticələrə səbəb olacaq".

TodayPress TV xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, "Vahid Rusiya" ("Yedinaya Rossiya") Partiyasının sədri Dmitri Medvedev səsləndirib.

O bildirib ki, Qərb Ermənistana yalnız Rusiyaya qarşı mübarizə vasitəsi kimi yanaşır və siyasi müstəvinin Moskva ilə İrəvan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün qüvvələrdən təmizlənməsində maraqlıdır.

"Onilliklər ərzində formalaşmış əlaqələrin qırılmasının sıravi vətəndaşlar üçün doğuracağı qaçılmaz ağır nəticələr Avropa İttifaqı ölkələrini qətiyyən maraqlandırmır", - deyə Medvedev vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər