"Disney" 1000 iş yerini ixtisar edəcək
Dünya
09.04.2026 19:45
"The Walt Disney Company" yaxın aylarda təxminən 1000 iş yerini ixtisar etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Şirkətdə ümumilikdə 231 min nəfər çalışır və onların böyük hissəsi əyləncə bölməsində, o cümlədən tematik parklar və məhsul istehsalı sahəsində işləyir.
Nəşrin mənbələri bildirir ki, son illərdə işdən çıxarılmalar əyləncə sənayesi üçün sərt reallığa çevrilib.
Qeyd olunur ki, şirkətin keçmiş baş direktoru Bob Iqer 2022-ci ildə vəzifəsinə qayıtdıqdan sonra geniş yenidənqurma proqramına başlayıb. Bu proqram çərçivəsində artıq 8000-dən çox işçi ixtisar edilib.
Bundan əvvəl, mart ayında "Disney ABC News Group" və "Disney Entertainment Networks" bölmələrində təxminən 200 işçini ixtisar edib ki, bu da həmin bölmələrin işçi qüvvəsinin 6%-ni təşkil edib.
Şirkətin səhmləri martın 4-də keçirilən əlavə sessiyada 0,6% artıb. Bununla belə, ilin əvvəlindən bəri bazar kapitallaşması 2,1% azalaraq 203,9 milyard dollara düşüb.
Türkan İsgəndərli
tag: Disney,İş,İxtisar,Yer,Todaypress.tv,
