"Dəniz blokadası davam edəcək" - Tramp

"Dəniz blokadası davam edəcək" - Tramp
29.04.2026 22:40 Dünya

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-nin narahatlıqlarını aradan qaldıran bir razılaşma qəbul olunana qədər bu ölkəyə qarşı dəniz blokadasının davam etdiriləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, ABŞ-nin "Axios" xəbər platformasına müsahibə verən Tramp İranla mümkün razılaşma prosesi ilə bağlı fikirlərini bölüşüb.

Tramp qeyd edib ki, İranın “öncə Hürmüz boğazının açılması, nüvə sazişinin isə sonraya saxlanılması” ilə bağlı son təklifini qəbul etməyiblər.

İran limanlarına qarşı dəniz blokadasının davam edəcəyini bildirən Tramp deyib:

“İranlılar razılaşmaq istəyirlər. Onlar blokadanı davam etdirməyimi istəmirlər. Mən isə blokadanı qaldırmaq fikrində deyiləm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm”.

Kənan Yusif

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər