Danimarkada diqqət ABŞ-yə yox, Rusiyanın mümkün fəallığına yönəlir

Dünya

17.01.2026 14:15

"Danimarkanın Qrenlandiyadakı Birləşmiş Arktika Komandanlığı ABŞ-dən gələ biləcək hərbi təhdidlərə deyil, Rusiyanın potensial fəallığına qarşı tədbirlərə fokuslanıb".

TodayPress TV xəbər verir ki, bu fikirləri komandanlığın rəhbəri Soren Andersen "Reuters"ə açıqlamasında deyib.

Onun sözlərinə görə, diqqət mərkəzində ABŞ deyil, məhz Rusiya dayanır.

“Bir NATO müttəfiqinin digər NATO müttəfiqinə hücum etdiyini təsəvvür etmirəm”, - deyə Andersen vurğulayıb.

Danimarkanın müdafiə planlarına toxunan general qeyd edib ki, bu planlar üzərində iş davam edir və bu, ordunun gündəlik fəaliyyətinin bir hissəsidir. Onun fikrincə, əsas vəzifə NATO ilə birlikdə krallığın müdafiəsini təmin etməkdir.

Aysel Mətləb

TodayPress TV

tag: Danimarka ,Qrenlandiya,ABŞ,Rusiya,Todaypress.tv,