Danimarka Ukraynaya zavod tikməyə icazə verəcək

Danimarka Ukraynaya zavod tikməyə icazə verəcək
14.09.2025 21:50 Dünya

Danimarka hökuməti qanun və qaydaları pozaraq, Ukrayna şirkətinə Ukraynanın ən güclü raketləri üçün bərk yanacaqla işləyən raket komponentləri zavodu tikməyə icazə verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Danimarkanın "DR" yayım şirkəti bildirib.

Məlumata görə, "Ukrainian Fire Point" şirkəti Skridstrupda Ukraynanın ən güclü raketlərinin bəziləri üçün vacib komponent olan bərk raket yanacağı istehsal edə biləcək zavod tikəcək.

Bildirilib ki, hökumətin planları Danimarka Biznes İdarəsinin məsləhətləşmələr üçün göndərdiyi icra fərmanı layihəsində öz əksini tapıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər