Danimarka: "ABŞ-nin Qrenlandiyaya hücumu halında ölkə atəş açacaq"

Dünya

15.01.2026 11:15

"ABŞ Qrenlandiyanı ilhaq etməyə cəhd edərsə, Danimarka hərbçiləri Amerika qoşunlarına cavab atəşi açmağa borcludurlar".

TodayPress TV xəbər verir ki, bu fikirləri Danimarka Müdafiə Nazirliyinin sözçüsü Tobias Roed Jensen bildirib. 

"Danimarka hərbi birləşmələri ərazini müdafiə etməyə, o cümlədən silahlı hücuma məruz qaldığı təqdirdə dərhal müdafiə tədbirləri görməyə borcludurlar", - deyə o vurğulayıb.

Jensen, Qrenlandiya da daxil olmaqla, bütün ölkəyə şamil edilən 1952-ci il tarixli müvafiq kral fərmanını xatırladıb. O qeyd edib ki, fərman Danimarka ordusuna hücum halında siyasi və ya hərbi liderlərdən təlimat gözləmədən ölkəni müdafiə etməyə imkan verir.

Xatırladaq ki, yanvarın 14-də ABŞ Prezidenti Donald Tramp Danimarkanın etirazlarına baxmayaraq, ABŞ-nin Qrenlandiyanı ələ keçirmək öhdəliyinə sadiq olduğunu bəyan edib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ ,Qrenlandiya,Danimarka ,Hücum,Todaypress.tv,