Dağıstanda su basmış yaşayış binalarının sayı açıqlandı

Dağıstanda su basmış yaşayış binalarının sayı açıqlandı
12.04.2026 14:33 Dünya

Dağıstanda daşqın nəticəsində su basmış evlərin sayı xeyli azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda su altında qalan yaşayış evlərinin sayı 516-ya enib, halbuki əvvəl bu rəqəm 762 idi.

Bildirilir ki, hazırda 7 yaşayış məntəqəsində vəziyyət hələ də davam edir və 556 həyətyanı sahə, eləcə də 45 yol sahəsi su altında qalır:

“Çaylarda suyun səviyyəsi mövsümi dəyişikliklərə uyğun olaraq təhlükəli həddən aşağıdır”.

Qeyd olunur ki, fövqəladə xidmətlər gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir və 10 bələdiyyədə fövqəladə vəziyyət rejimi qüvvədə qalır.

Məlumata görə, daşqınlar martın sonu – aprelin əvvəllərində yağan güclü yağışlar nəticəsində baş verib.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər