Dağıstanda fövqəladə vəziyyət rejimi qaldırıldı
Dünya
07.04.2026 21:30
Dağıstanda regional fövqəladə vəziyyət rejimi tezliklə federal səviyyəyə qaldırılacaq.
TodayPress TV xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov prezident Vladimir Putinin rəhbərliyi ilə Dağıstandakı təbi fəlakətin nəticələrinin aradan qaldırılmasına həsr olunan müşavirədə bildirib.
Onun sözlərinə görə, Dağıstanda təbii fəlakət nəticəsində altı nəfər həyatını itirib, 200-dən çox insan xilas edilib.
Respublikanın rəhbəri Sergey Melikov bildirib ki, Dağıstanda daşqınlar 842 sosial əhəmiyyətli obyektə ziyan vurub. O, güclü yağışlardan sonra baş verən kütləvi daşqınlar səbəbindən 1,5 milyona qədər Dağıstan sakininin fövqəladə vəziyyət zonasında olduğunu söyləyib.
Melikov sel və torpaq sürüşmələrinin 97 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsini pozduğunu bildirib.
tag: Dağıstan, Fövqəladə, Rejim, Daşqın, todaypress.tv,
