COVID-19-un sürətli təkamülü araşdırıldı

COVID-19-un sürətli təkamülü araşdırıldı
10.06.2025 12:50 Dünya

Avstraliyanın Yeni Cənubi Uels Universitetinin (UNSW) alimləri COVID-19 virusunun (SARS-CoV-2) sürətlə mutasiyaya uğradığını müəyyən edib. Onlar "Alpha", "Delta" və "Omicron" daxil olmaqla 9 variant üzərində 5 il ərzində aparılan laborator tədqiqat zamanı virusun 100-dən çox nəsil boyunca mutasiyalara davam etdiyini müşahidə ediblər.

TodayPress TV xəbər verir ki, bu baradə "Xinhua" məlumat yayıb.

Bir çox mutasiyalar virusun hüceyrəyə daxil olmasına imkan verən tikan (spike) zülalında aşkarlanıb. Bu dəyişikliklərin bəziləri mövcud vaksinlərin effektivliyini azalda bilər.

Tədqiqatçılar bildirib ki, əldə olunan məlumatlar gələcək vaksin və müalicə strategiyalarının hazırlanmasında istifadə oluna bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər