Çində torpaq sürüşməsi: Ölən və itkin düşənlər var

Çində torpaq sürüşməsi: Ölən və itkin düşənlər var
05.09.2026 10:34 Dünya

Çinin cənub-şərqində yerləşən Szyansi əyalətində güclü torpaq sürüşməsi baş verib.

TodayPress TV xəbər verir ki, “Sinxua”nın məlumatına görə, təbii fəlakət nəticəsində ən azı 1 nəfər ölüb, 11 nəfər itkin düşüb.

Torpaq sürüşməsi Tszyan şəhər dairəsində qeydə alınıb. Sürüşmə nəticəsində 8 yaşayış evi tamamilə dağılıb, daha 4 evə isə ciddi ziyan dəyib.

Xilasedicilər hadisə yerinə cəlb olunub. İki nəfər dağıntılar altından sağ çıxarılıb. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.

Bölgədə bundan əvvəl “Saudel” tayfununun təsiri ilə güclü və fasiləsiz yağışlar yağıb. Məhz leysanların torpaq sürüşməsinə səbəb olduğu ehtimal edilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər