Çində "Matmo" tayfunu: 144 min nəfər təxliyə olunur
Çinin Haynan vilayətində "Matmo" tayfunu ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, Vilayət rəhbərliyi 144 min nəfərin təxliyə edilməsi barədə göstəriş verib. Onlardan 114 min nəfəri artıq təhlükəsiz ərazilərə köçürülüb.
Tayfun Haynanın şimal-şərqindən 60 km məsafədə keçib. Proqnozlara əsasən, "Matmo" yaxın vaxtda Quandun əyalətinin sahilinə çatacaq, oradan isə Tonkin körfəzinə keçərək zəifləyəcək.
Türkan İsgəndərli