Çin Rusiyaya raket istehsalında kömək edir
Dünya
28.01.2026 17:06
Çin Rusiyaya müasir silahların istehsalı üçün yüksək texnologiyalı avadanlıqlar tədarük edir.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri məlumat yayıb.
Bildirilib ki, Rusiyaya tədarük edilən Çin texnologiyaları və komponentlərinin ümumi dəyəri ən azı 10,3 milyard dollardır. Bu təchizatlar Moskvaya beynəlxalq sanksiyalara baxmayaraq silah istehsalını qorumağa və genişləndirməyə kömək edir.
Məlumata görə, Çinin “CNC” dəzgahları xüsusilə vacib rol oynayır.
Onlardan biri Ukrayna kəşfiyyatı tərəfindən “Oreşnik”, “İsgəndər-M” və “Topol-M” raketlərinin istehsal olunduğu “Votkinsk” zavodunda aşkar edilib.
Bunlarla yanaşı, Çin milyardlarla dollar dəyərində mikroçiplər və yaddaş lövhələri, radarlar və elektron müharibə sistemləri üçün komponentlər, eləcə də ölçmə cihazları və nişangahlar tədarük edir.
Aysel Mətləb
tag: Çin ,Rusiya,Oreşnik,Raket ,Todaypress.tv,
