Çin “Nvidia” çiplərinin idxalına nəzarəti gücləndirir
Çin amerikalı mikroçiplərin, xüsusilə də “Nvidia” tərəfindən istehsal olunan çiplərin ölkəyə idxalına nəzarəti gücləndirir.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.
Çin hazırda yerli mikroçip istehsalını təşviq etməyə çalışır. Bu məqsədlə ABŞ şirkətlərinə, o cümlədən “Nvidia”ya və onun istehsal etdiyi çiplərə qarşı idxal məhdudiyyətləri tətbiq edib.
Digər tərəfdən, ABŞ-də “Nvidia”nın çiplərinin Çinə ixracını məhdudlaşdırıb. ABŞ istəmir ki, ölkənin qabaqcıl texnologiyaları onun əsas rəqibi olan Çinə fayda versin.
Aysel Mətləb