Çin Avropaya silah depolamağa başladı
Dünya
28.04.2026 22:35
Serbiya Çin istehsalı olan "HQ-9B" uzaqmənzilli hava hücumundan müdafiə sistemlərini almağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə "Military Watch Magazine" nəşri məlumat yayıb.
Hesab olunur ki, "HQ-9B" sistemləri Belqradın Qərbin təzyiqi altında Rusiyanın "S-300/S-400" sistemlərini almaq planlarından imtina etməsindən sonra yaranan potensial boşluğu doldura bilər.
Qeyd edək ki, hələ 2025-ci ilin yayında buna bənzər siqnallar alınıb. Bu da Serbiyanın hərbi strukturunda Çin “HHM” sistemlərinin genişləndirilmiş inteqrasiyası üçün uzunmüddətli planlaşdırmanın aparıldığını göstərirdi.
Eyni zamanda, son aylarda Urumçi–Bataynitsa marşrutu üzrə hərbi yük uçuşlarının artdığını və Bataynitsa aviabazasında ardıcıl enişlərin həyata keçirildiyi müşahidə edilib. Bu isə logistik fəaliyyətin və hərbi texnika transferinin davamlı xarakter daşıdığından xəbər verir.
Aysel Mətləb
tag: Serbiya,Çin ,HQ-9B,Silah,TodayPress TV,
