Çilidə sunami xəbərdarlığı edildi

Çilidə sunami xəbərdarlığı edildi
11.10.2025 05:31 Dünya

Çilinin Təbii Fəlakətlə Mübarizə Milli Xidməti Dreyk boğazında baş verən zəlzələdən sonra ölkənin cənubunda sunami təhlükəsi barədə xəbərdarlıq edib.

TodayPress TV-nin  xəbərinə görə, bu barədə Xidmətin saytında məlumat verilib.

"Xidmət Maqallanes bölgəsindəki Kabo-de-Oornos kommunasında qırmızı sunami xəbərdarlığı edib. Xəbərdarlıq bu gündən qüvvədədir və şərait tələb edənə qədər qüvvədə qalacaq", - məlumatda deyilir.

Çilinin Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti də ölkənin Antarktika bazaları üçün xəbərdarlıq edib. Orada yerləşən şəxsi heyətə sahildən uzaq durmaq tövsiyə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər