CHP-dən kütləvi istefa iddiasına cavab gəldi
CHP-nin keçmiş sədri Özgür Özəl partiyadan 86 millət vəkili və 74 vilayət sədrinin Anadolu Birliyi Partiyasına keçəcəyi barədə yayılan iddiaları təkzib edib.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, bu məlumatlar həqiqəti əks etdirmir və belə bir keçid gündəmdə deyil.
Xatırladaq ki, Anadolu Birliyi Partiyasının sədri Bədri Yalçın CHP-dən 86 millət vəkili və 74 vilayət sədrinin partiyasına qoşulacağını iddia etmişdi.