Çexiyada parlament seçkiləri başa çatdı

Çexiyada parlament seçkiləri başa çatdı
04.10.2025 20:10 Dünya

Çexiyada parlament seçkilərindən sonra səslərin sayılması prosesi başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.

Jurnalistlər qeyd edirlər ki, iki gün davam edən seçkilər vətəndaşların yüksək fəallığı ilə seçilib. İlkin məlumatlar göstərir ki, seçici fəallığı 50%-i keçib, bəzi seçki məntəqələri saat 11:00-da rəqəmlərin 60%-dən yuxarı olduğunu bildiriblər.

Seçkilərin ilkin nəticələri oktyabrın 4-ü axşam saatlarında açıqlanacaq. Agentliyin məlumatına görə, Dövlət Seçki Komissiyasının nəticələrinin rəsmi təsdiqi oktyabrın 6-na təyin edilib.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər