Çexiya Ukraynaya L-159 təyyarələri satmayacaq
Çexiyanın Baş naziri Andrey Babiş ölkəsinin Ukraynaya L-159 tipli yüngül təlim-döyüş təyyarələrini satmayacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Idnes” agentliyi xəbər yayıb.
Baş nazir bildirib ki, Ukraynaya L-159 təyyarələrinin satışı gündəmdə deyil və bu məsələ artıq bağlanıb.