Bu ölkələr Ukraynada hərbi mərkəzlər tikəcək

Bu ölkələr Ukraynada hərbi mərkəzlər tikəcək
07.01.2026 07:58 Dünya

Böyük Britaniya və Fransa Ukraynada hərbi mərkəzlər yaratmaq, eləcə də silah və hərbi texnika üçün anbarlar tikmək niyyətindədir.

TodayPress TV  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Parisdə keçirilən “İstəklilər koalisiyası”nın iclasından sonra təşkil olunan mətbuat konfransında məlumat verib.

“Atəşkəsdən sonra Böyük Britaniya və Fransanın Ukraynada hərbi mərkəzlər quracağını, həmçinin Ukraynanın müdafiə ehtiyaclarını ödəmək məqsədilə silah və hərbi texnika üçün təhlükəsiz obyektlər inşa edəcəyini elan edə bilərəm”, – deyə o bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər