Brüsseldə gizli müzakirə: 2027-ci ildən sonra Ukraynanı nə gözləyir?

Brüsseldə gizli müzakirə: 2027-ci ildən sonra Ukraynanı nə gözləyir?
29.06.2026 09:40 Dünya

Avropa İttifaqı Ukraynada münaqişənin 2027-ci ildən sonra da davam edəcəyi təqdirdə Kiyevə 30–45 milyard avro həcmində yeni kredit ayrılması imkanını müzakirə edir.

TodayPress TV xəbər verir ki, bunu Avropa Parlamentinin Ukrayna ilə əməkdaşlıq üzrə nümayəndə heyətinin rəhbəri Pekka Toveri bildirib.

Onun sözlərinə görə, 2027-ci ildən sonra Ukraynaya dəstəkdə fasilənin yaranmaması üçün artıq müzakirələr və planlaşdırma aparılır.

Toveri qeyd edib ki, Aİ-nin bu və gələn il üçün təsdiqlədiyi 90 milyard avroluq maliyyə paketi kifayət etmir və əlavə dəstəyə üzv dövlətlər, eləcə də digər donorlar tərəfindən ehtiyac yaranacaq.

Qeyd edək ki, Avropa İttifaqının aprel ayında təsdiqlədiyi 90 milyard avroluq kredit paketi 2027-ci ilin sonunadək nəzərdə tutulub. Vəsaitin üçdəikisi hərbi ehtiyacların maliyyələşdirilməsinə ayrılıb.

Bundan əvvəl Almaniya da NATO ölkələrinə Ukraynaya əlavə 70 milyard avro həcmində hərbi yardım göstərilməsi təşəbbüsü ilə çıxış edib. Bu təklifin iyulun 7–8-də Ankarada keçiriləcək sammitdə müzakirə olunacağı gözlənilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər