Britaniyada müharibədən qalan bombalar tapıldı

Britaniyada müharibədən qalan bombalar tapıldı
16.01.2026 17:08 Dünya

Böyük Britaniyanın Devon qraflığında İkinci Dünya müharibəsi dövründən qalan iki ədəd partlamamış aviabomba aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Hadisədən sonra ərazidə genişmiqyaslı təxliyə tədbirlərinə başlanılıb. Tapıntı tikinti sahəsində üzə çıxıb. Təhlükəsizlik məqsədilə Plimut şəhərində risk zonasına düşən 1300-dən çox evdən təxminən 5000 nəfər təxliyə olunub.

Bomba aşkarlanan ərazinin 400 metrlik radiusu çəpərlənib. Yerli hakimiyyət orqanları sakinlərə partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə istehkamçıların işi tamamlanana qədər evlərinə qayıtmamağı tövsiyə edib.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər