Britaniya və Ukrayna birgə dron istehsalına hazırlaşır

Britaniya və Ukrayna birgə dron istehsalına hazırlaşır
10.10.2025 17:07 Dünya

Böyük Britaniya və Ukrayna yaxın aylarda “Octopus” adlı birgə layihə çərçivəsində pilotsuz uçan aparatların istehsalı və Ukraynaya çatdırılması ilə bağlı danışıqlar aparır. 

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində ayda təxminən 2000 dron istehsal olunacaq və onlar əsasən Rusiya dronlarını məhv etmək üçün istifadə ediləcək.

Pollard həmçinin qeyd edib ki, London və Kiyev aviasiya bombalarının istehsalı kimi digər müdafiə layihələrində də əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər