Britaniya Ukraynaya 27 milyon dollar ayırır

Dünya

16.01.2026 16:48

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Ukraynada enerji infrastrukturu obyektlərinin təmiri üçün 20 milyon funt sterlinq (27 milyon dollar) maliyyə vəsaiti ayıracağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, bu vəsait enerji istehsalının təmiri, bərpası və qorunmasına yönəldiləcək. Məqsəd qış aylarında evlərin, xəstəxanaların və məktəblərin elektrik enerjisi və istiliklə təmin olunmasıdır.

Qeyd olunub ki, bu məbləğlə birlikdə Böyük Britaniyanın 2022-ci ildən bəri Ukraynanın enerji sisteminə ayırdığı ümumi yardım 470 milyon funt sterlinqə (630 milyon dollar) çatıb.

Ukraynanın Energetika Naziri Denis Şmıqalın sözlərinə görə, ölkə 2022-ci ilin fevralından bu yana minlərlə meqavat elektrik enerjisi gücünü itirib. O bildirib ki, bu dövrdə ölkədəki bütün elektrik stansiyaları zədələnib və enerji sektorunda fövqəladə vəziyyət elan olunub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Britaniya,Ukrayna,Yardım,Maliyyə,Todaypress.tv,