Britaniya Ukrayna üçün yeni ballistik raketlər istehsal edəcək

Britaniya Ukrayna üçün yeni ballistik raketlər istehsal edəcək
12.01.2026 10:08 Dünya

Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynanı hələ hazırlanmamış taktiki ballistik raketləri ilə silahlandırmaq niyyətində olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə hökumətin mətbuat açıqlamasında bildirilib.

"Birləşmiş Krallıq Ukraynanın atəş gücünü və Rusiya Prezidenti Vladimir Putinin döyüş maşınına qarşı özünü müdafiə etmək qabiliyyətini artıracaq yeni taktiki ballistik raketlər hazırlayacaq", - deyə bəyanatda deyilib.

Qeyd edək ki, söhbət 500 km-dən çox mənzilli və təxminən 200 kq ağırlığında döyüş başlığı olan ballistik raketlərdən gedir. Bunlar, Britaniyanın ötən il "Nightfall" layihəsinin bir hissəsi olaraq hazırladığını elan etdiyi raketlərdir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər