Britaniya sosial şəbəkələrə qarşı çıxır

Dünya

13.04.2026 17:51

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, "Instagram", "TikTok" və digər sosial platformalarda istifadəçilərdə asılılıq yaradan “sonsuz sürüşdürmə” alqoritmləri ləğv edilməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Böyük Britaniya həmçinin uşaqlar üçün sosial media istifadəsini məhdudlaşdıran müxtəlif tədbirləri sınaqdan keçirir. Bunlara tətbiq istifadəsinə məhdudiyyətlər və komendant saatları kimi modellər daxildir. Məqsəd bu platformaların yuxuya, təhsilə və sosial həyata təsirini qiymətləndirməkdir.

Avropada da oxşar təşəbbüslər artır. Yunanıstan 15 yaşdan kiçiklər üçün sosial medianı qadağan edən qanun layihəsi hazırlayır, Avstriya isə 14 yaşdan aşağı uşaqlar üçün məhdudiyyətləri nəzərdən keçirir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Britaniya,Sosial şəbəkə,Starmer,Uşaq,Todaypress.tv,