Britaniya rusların boğazına çökdü - Noviçoku Moskvaya yeritdi
Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısını daha doqquz bənd üzrə genişləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, sanksiya siyahısına yeddi fiziki şəxs və "Rusiya kimyəvi silah proqramı" ilə əlaqəli olduğu iddia edilən iki elmi-tədqiqat institutu daxil edilib.
Britaniya hökuməti sanksiyaya məruz qalan şəxslərin yüksək toksik təsirə malik "Noviçok" tipli zəhərləyici maddələrin hazırlanmasında iştirak etdiyini iddia edir.
Qeyd edək ki, "Noviçok" yüksək toksik fosforüzvi zəhərləyici maddələr qrupuna daxildir. Açıq mənbələrə görə, bu maddələr 1970-ci illərdən etibarən SSRİ-də hazırlanıb və hazırda Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyası ilə qadağan olunub.
Xatırladaq ki, Böyük Britaniya iyunun 16-da da Rusiyaya qarşı sanksiya siyahısını 43 bənd genişləndirmişdi.
Qiymət Mahir