Britaniya NATO-nun əhəmiyyətindən danışdı

Britaniya NATO-nun əhəmiyyətindən danışdı
25.06.2025 14:18 Dünya

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, NATO son illərdə daha da güclənib. 

TodayPress TV xəbər verir ki, bu barədə o, "Sky News"a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, hazırkı qeyri-sabit beynəlxalq vəziyyətdə xüsusi əhəmiyyət daşıyır.

Baş nazir vurğulayıb ki, alyans indi əvvəlkindən həm daha böyük, həm də daha güclüdür. Starmer həmçinin qeyd edib ki, NATO ölkələri müdafiə xərclərini artırmağa hazırdır.

Qeyd edək ki, sammitdə NATO liderlərinin hərbi xərcləri ÜDM-in 2%-indən 2035-ci ilə qədər 5%-ə qədər artırmaq qərarı verməsi gözlənilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər