Böyük Britaniya Qrenlandiyada NATO hərbi təlimlərinə qatılır
Dünya
15.01.2026 18:30
Böyük Britaniya Danimarkanın xahişi ilə “Arctic Endurance” adlı hərbi təlimə hazırlıq məqsədilə silahlı qüvvələrinin nümayəndəsini Qrenlandiyaya göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Bildirilir ki, britaniyalı hərbçi təlimlər başlamazdan əvvəl adaya göndərilən digər NATO üzvü ölkələrin əsgərlərinə qoşulacaq.
“Arctic Endurance” Danimarkanın təşkil etdiyi və Şimali Avropada keçirilən hərbi təlimlər proqramının bir hissəsidir. Təlimin məqsədi sərt, soyuq iqlim şəraitində müttəfiq qüvvələrin dözümlülüyünü və döyüş qabiliyyətini artırmaqdır. Eyni zamanda, bu manevrlər Böyük Britaniyanın rəhbərlik etdiyi və 10 Şimali Avropa ölkəsini birləşdirən Birgə Ekspedisiya Qüvvələrinin hazırlıq səviyyəsini yoxlamağa xidmət edir.
Xatırladaq ki, yanvarın 11-də "The Sunday Telegraph" yazmışdı ki, Böyük Britaniya hərbi rəhbərliyi Qrenlandiyada tammiqyaslı NATO missiyası yaratmaq imkanlarını nəzərdən keçirir. Məlumata görə, London belə bir missiyada təkcə hərbçilərlə deyil, həm də hərbi gəmilər və təyyarələrlə iştirak edə bilər.
Türkan İsgəndərli
tag: Britaniya,Danimaka,NATO,Qrenlandiya,Todaypress.tv,
