Bolqarıstanda Rusiyapərəst partiya seçkilərdə önə keçdi
Dünya
20.04.2026 00:00
Ukraynaya yardıma qarşı çıxan Bolqarıstanın keçmiş prezidenti Rumen Radevin partiyası parlament seçkilərində liderlik edir.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İlkin hesablamalara əsasən, “Proqressiv Bolqarıstan” partiyası səslərin təxminən 37,5%-ni toplayaraq, keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi GERB (Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar) partiyasını qabaqlayır. GERB-in topladığı səs faizi 16,2% təşkil edir.
Qeyd edilib ki, seçki kampaniyası zamanı Radevin partiyası korrupsiyaya qarşı mübarizəni gücləndirəcəyinə və siyasi qeyri-sabitliyi aradan qaldıracağına söz verib. Ekspertlərin fikrincə, “Proqressiv Bolqarıstan”ın hökumət qurması üçün digər siyasi qüvvələrlə koalisiya yaratması zəruri olacaq.
Jalə Rövşən
tag: Bolqarıstan ,Seçki ,Rusiya ,Rumen Radev,Todaypress.tv,
