Bolqarıstanda parlament seçkiləri keçirilir

Dünya

19.04.2026 12:08

Bolqarıstan-da 52-ci Xalq Məclisinə (birpalatalı parlament) növbədənkənar deputat seçkiləri keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi açılıb. Səsvermə xüsusi elektron cihazlar vasitəsilə həyata keçiriləcək.

Xaricdə isə 55 ölkədə fəaliyyət göstərəcək 493 seçki məntəqəsi yaradılıb.  

Sorğulara görə, ən irəlidə Rusiyaya yaxın mövqeyi ilə tanınan keçmiş prezident Rumen Radevdir.

Qeyd edək ki, keçmiş hərbi pilot olan Radev Ukraynanın Moskvaya qarşı müharibəsində hərbi dəstəyə qarşı çıxır. O, yanvar ayında prezident vəzifəsindən istefa verərək seçkilərdə iştirak etmək qərarı verib. Bu seçkilər isə dekabr ayında kütləvi etirazların əvvəlki hökuməti istefaya məcbur etməsindən sonra keçirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Bolqarıstan,Seçki,Parlament,Səsvermə,Todaypress.tv,