Bolqarıstanda inflyasiya 3,5 faizə düşdü
Dünya
16.02.2026 13:49
Bolqarıstanda yanvar ayında illik inflyasiya 3,5 faiz olub.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İnstitutu məlumat yayıb.
Bu göstərici dekabrda qeydə alınan 5 faizlə müqayisədə daha aşağıdır. Aylıq inflyasiya isə 0,6 faiz təşkil edib.
Mütəxəssislər bildirirlər ki, illik inflyasiyanın azalmasının əsas səbəbi ötən il yanvarda elektrik enerjisi qiymətlərinin kəskin artımının artıq 12 aylıq hesablama dövründən çıxmasıdır.
Qeyd olunub ki, Bolqarıstanın 1 yanvar 2026-cı ildə avrozonaya qoşulması ilə bağlı qiymətlərin kəskin artacağına dair narahatlıqlar özünü doğrultmayıb.
Yanvar ayında ərzaq məhsulları dekabrla müqayisədə 0,9 faiz bahalaşıb, qeyri-ərzaq malları 0,1 faiz ucuzlaşıb, xidmətlərin qiyməti isə 1 faiz artıb.
İllik müqayisədə ərzaq 3,9 faiz, xidmətlər 5,1 faiz bahalaşıb.
Qiymət Mahir
tag: Bolqarıstan,İnflyasiya ,Avrozonaya ,Məhsul,TodayPress TV,
