"Boeing" Banqladeşə 14 təyyarə satacaq

"Boeing" Banqladeşə 14 təyyarə satacaq
01.05.2026 00:35 Dünya

Banqladeş ABŞ-nin "Boeing" şirkəti ilə 14 təyyarənin alınması barədə müqavilə imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə milli aviadaşıyıcı olan "Biman Bangladesh Airlines" tərəfindən yayılan bəyanatda məlumat verilib.

Bildirilib ki, 10 ədəd genişfüzelyajlı "787 Dreamliner" və 4 ədəd darfüzelyajlı "737 MAX" təyyarəsinin alınması üçün tarixi saziş imzalanıb. Aviaşirkət bu addımın hökumətin “iqtisadi artım, daha güclü qlobal əlaqələr və yüksək müştəri təcrübəsini" prioritetləşdirən "Bangladesh First” siyasətinin bir hissəsi olduğunu vurğulayıb.

"Biman Bangladesh Airlines"ın idarəedici direktoru və icraçı direktoru Kaizer Sohel Əhməd bu satınalmanın Banqladeşin qlobal aviasiya bazarındakı mövqeyini gücləndirəcəyini qeyd edib.

Qeyd edək ki, bu, Cənubi Asiya ölkəsinin milli aviadaşıyıcısının genişləndirilməsi istiqamətində atılan ən böyük addımdır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər