Boçorişvili: “Aİ Gürcüstanla dialoqun zəruriliyini dərk edib”

Dünya

30.04.2026 00:22

Avropa İttifaqı (Aİ) Gürcüstanla dialoqun zəruriliyini dərk edib, lakin Brüssel bürokratiyası daxilində bu dialoqun bərpası ilə bağlı fikir ayrılıqları mövcuddur.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Gürcüstan İctimai Yayımının "Birinci Kanal"ına müsahibəsində bildirib.

"Avropa İttifaqı bürokratiyasında müəyyən yanaşmalar və istəklər dəyişib. Orada Gürcüstanla dialoqun zəruri olduğunu dərk edirlər, lakin görünür, dialoqun necə bərpa olunacağına dair daxili fikir ayrılıqları var", - deyə o qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, Gürcüstanın mövqeyi aydındır, Tbilisi Brüssel ilə dialoqu dayandırmayıb və bunun üçün heç bir səbəb yaratmayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Avropa,İttifaq,Gürcüstan,Boçorişvili ,TodayPress TV,