BMT rəsmisi: "Kosmik sahə heç vaxt olmadığı qədər parçalanmış vəziyyətdədir"
Dünya
10.04.2026 08:30
“Müasir kosmik sahə heç vaxt olmadığı qədər parçalanmış vəziyyətdədir, çağırışların öhdəsindən gəlmək üçün bütün ölkələrin səylərinin birləşdirilməsi zəruridir”.
TodayPress TV xəbər verir ki, bunu BMT-nin Kosmik Məkan Məsələləri üzrə İdarəsinin direktor müavini Driss El Hadani birinci Rusiya Kosmik Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
"Dünyadakı çox mürəkkəb vəziyyətə baxmayaraq, bizim funksiyamız davam edir. Biz dialoqu dəstəkləməyə davam etmək, şəffaflığı təmin etmək niyyətindəyik və çağırışlarla mübarizə üçün lazım olan hər şeyi qəbul etməyə hazırıq. Bizim rolumuz cari işi davam etdirməkdən və körpülər salmaqdan ibarətdir ki, gələcəkdə birlikdə işləyə bilək, kosmos hamı üçün faydalı və dinc bir məkan olaraq qalsın", - deyə Driss El Hadani vurğulayıb.
BMT nümayəndəsi qeyd edib ki, orbit sahəsində dayanıqlı inkişafı bir və ya iki ölkənin qüvvəsi ilə təmin etmək qeyri-mümkündür:
"Biz etiraf etməliyik ki, bu gün kosmik sahə həmişəkindən daha pərakəndədir. Anlamaq lazımdır ki, müxtəlif iştirakçıların, elmi və texniki birliklərin töhfələri zəruri qərarların verilməsinə kömək edir. Lakin bunun davamlı olması üçün hər şey kifayət qədər şəffaf və inklüziv olmalıdır, hüquqi aspekti yadda saxlamaq lazımdır".
Aysel Mətləb
tag: BMT,Kosmik,Driss El Hadani,TodayPress TV,
