BMT: Haitidə silahlı cinayətkar dəstələr ölkənin 90 faizinə nəzarət edir

BMT: Haitidə silahlı cinayətkar dəstələr ölkənin 90 faizinə nəzarət edir
04.08.2025 04:00 Dünya

Birləşmiş Millətlər Təşkilatının (BMT) yaydığı məlumata görə, Haitidə silahlı cinayətkar dəstələr hazırda ölkə ərazisinin 90 faizinə nəzarət edir.

TodayPress TV xəbər verir ki, yay aylarında dəstələr nəzarəti gücləndirmək məqsədilə əvvəllər sakit hesab edilən bölgələrə də hücumlar təşkil ediblər.

Dünyanın ən yoxsul ölkələrindən biri olan Haitidə illərdir fəaliyyət göstərən sabit hökumət yoxdur. Ölkə həmçinin ciddi iqtisadi böhran və dərin köklü korrupsiya problemi ilə üz-üzədir.

Son bir il ərzində ölkədə minlərlə insan dəstə zorakılığı nəticəsində həyatını itirib.

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər