BMT Cənubi Sudanda artan gərginlikdən narahatdır

Dünya

18.04.2026 17:15

BMT Cənubi Sudanda pisləşən humanitar vəziyyət və artan gərginlikdən son dərəcə narahatdır.

TodayPress TV xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının ölkədəki vəziyyətlə bağlı iclasından sonra "Africanews" xəbər portalı məlumat yayıb.

"Təhlükəsizlik vəziyyəti son dərəcə narahatedici olaraq qalır", - deyə BMT-nin Cənubi Sudandakı Missiyasının rəhbəri Anita Kiki Qbeho bildirib.

O qeyd edib ki, 2025-ci ildə ölüm və yaralanmaların sayı 2024-cü illə müqayisədə 40% artıb.

BMT-nin Humanitar Məsələlər üzrə Baş Katibinin müavini Tom Fletçer öz növbəsində Cənubi Sudanda kütləvi köçkünlük, kəskin ərzaq və tibbi yardım çatışmazlığı barədə məlumat verib.

Aysel Mətləb

TodayPress TV

tag: BMT,Cənubi Sudan,Narahat, Anita Kiki,TodayPress TV,