“Bloomberg”: ABŞ Venesuelanı “idarə etmək” niyyətindədir

Dünya

04.01.2026 18:44

ABŞ Prezidenti Donald Tramp Venesuelanı “idarə etmək” niyyətini açıqladıqdan sonra ölkədə kimin hakimiyyətdə olduğu və bu planın mahiyyəti qeyri-müəyyən qalıb.

TodayPress TV xəbər verir ki, “Bloomberg”in yazdığına görə, saxlanılan Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka aparılarkən vitse-prezident Delsi Rodriges bunu “vəhşi oğurluq” adlandırıb. 

Ağ Ev isə Venesuelanın necə və hansı mexanizmlə “idarə olunacağına” dair detallar açıqlamayıb.

ABŞ-li rəsmi bildirib ki, prosesdə əsas rolu dövlət katibi Marko Rubio oynaya bilər. ABŞ qoşunlarının Venesuelaya yerləşdirilməsi ilə bağlı konkret plan yoxdur, lakin Tramp ölkənin neft sektoruna xüsusi diqqət yetirdiklərini vurğulayıb. Bu isə “Chevron” və digər ABŞ neft şirkətlərinin rolunun artması ehtimalını gündəmə gətirir.

Qiymət Mahir

TodayPress TV

tag: Donald Tramp,Venesuela,Ağ Ev,İdarə ,Todaypress.tv,