Bir neçə ştat Tramp administrasiyasını məhkəməyə verdi

Dünya

06.11.2025 15:07

Miçiqan, Oreqon və Arizona da daxil olmaqla 11 demokratların çoxluq təşkil etdiyi ştat, həmçinin Kentukki ştatının demokrat qubernatoru Endi Beşar Oreqonun Eugene bölgə məhkəməsində ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) və Fövqəladə Halların İdarə Olunması Agentliyinə (FEMA) qarşı iddia qaldırıb.

TodayPress TV "TRT Haber"ə istinadən xəbər verir ki, Ştatlar, fəlakət və terrorla mübarizə üçün ayrılan vəsaitlərin xərclənməsi müddətinin üç ildən bir ilə endirilməsinə, həmçinin deportasiya edilənlər istisna olmaqla, əhalinin məlumatlarının təqdim edilməsi şərti ilə vəsait ayrılmasına etiraz edirlər.

Şikayətdə bu tələblərin “ictimai təhlükəsizlik və fövqəladə hallar üçün maliyyələşməyə uyğun olmayan maneə” yaratdığı qeyd olunub.

İddiaçılar bildiriblər ki, federal hökumət ştatların əhali barədə dəqiq qeydiyyat aparmadığını yaxşı bilir və deportasiya məsələləri DHS tərəfindən monitorinq edilir. Onlar, həmçinin, xərcləmə müddətinin qısaldılmasının ştatların vəsaitdən düzgün istifadə etməsini “praktiki olaraq mümkünsüz” etdiyini bildirir.

DHS isə dəyişikliklərin resurslardan daha effektiv istifadə və təhlükəsizlik prioritetlərinin qorunması üçün edildiyini açıqlayıb.

Qeyd olunur ki, FEMA hər il ştatlara təbii fəlakətlərin idarəsi və daxili təhlükəsizlik məqsədləri üçün milyardlarla dollar qrant ayırır. Bu vəsaitlər əsasən əyalətlərin əhali sayına görə bölüşdürülür.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ,Ştatlar ,Məhkəmə,ABŞ Daxili Təhlükəsizlik Departamenti,Todaypress.tv,