Bərzani Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi
Türkiyə Süleymaniyyə Hava Limanına uçuş qadağasını aradan qaldırıb.
TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, bu qərar İraq Kürdüstan Regional Rəhbərliyinin (KRB) sədri Neçirvan Bərzaninin Ankaraya səfəri zamanı qəbul edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Hava Yollarına Süleymaniyyəyə uçuşların bərpası barədə göstəriş verib. THY-nin baş direktoru Yəhya Üstün sosial mediada açıqlayıb ki, Süleymaniyyə marşrutu tezliklə yenidən fəaliyyət göstərəcək və hər gün uçuşlar həyata keçiriləcək.
Neçirvan Bərzani qərara görə Prezident Ərdoğana təşəkkür edib və bildirib ki, bu addım qarşılıqlı əməkdaşlığın və ortaq maraqların inkişafına töhfə verəcək.
Jalə Rövşən