Berlindən Kiyevə soyuq duş: “İndi sizə raket yox, pul lazımdır”
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Ukraynanın hazırda ölkənin “Taurus” uzaqmənzilli raketlərinə ehtiyacı olduğunu düşünmür.
TodayPress TV xəbər verir ki, bu barədə Pistorius “Bild” nəşrinə müsahibəsində deyib.
O qeyd edib ki, hazırda Ukrayna üçün əsas məsələ maliyyə vəsaitinin əldə edilməsidir. Onun sözlərinə görə, söhbət Avropa İttifaqının kreditləri və yeni dəstək fondu hesabına ayrılacaq ümumilikdə 70 milyard avrodan gedir.
Kübra Musayeva