Berlin Kiyevə 60 milyon avro ayırdı

Berlin Kiyevə 60 milyon avro ayırdı
16.01.2026 23:00 Dünya

Almaniya Ukraynanın energetika sektoruna 60 milyon avro ayıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiha məlumat yayıb.

Nazirin sözlərinə görə, Almaniya tərəfinin bu gün elan etdiyi 60 milyon avroluq əlavə paket Ukraynanın qış dövründə enerji təminatına dəstək məqsədi daşıyır.

O bildirib ki, ayrılan vəsait istilik təchizatı və isitmə sistemlərinin möhkəmləndirilməsinə yönəldiləcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər