Bəqai: “ABŞ ilə danışıqlar onların razılaşmalara əməl etməsindən asılıdır”
Dünya
09.04.2026 21:40
İslamabadda ABŞ ilə danışıqların aparılması birbaşa Vaşinqtonun atəşkəs öhdəliklərini yerinə yetirməsindən asılıdır.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
“Pakistan hökuməti hər iki tərəfi İslamabada səfər etməyə və danışıqlar aparmağa dəvət edib. Bu məsələ nəzərdən keçirilir və planlaşdırılır. Lakin istənilən danışıqlar, şübhəsiz ki, ABŞ-nin bütün sahələrdə atəşkəsi qorumaq öhdəliklərini yerinə yetirəcəyinə dair zəmanətin alınmasından asılıdır”, - deyə o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkian İsrailin Livana zərbələri davam etdirməsinin Vaşinqton və Tehran arasında İslamabadda planlaşdırılan danışıqları mənasız edəcəyini qeyd edib.
Aysel Mətləb
tag: ABŞ,İran,İslamabad,İsmayıl Bəqai,TodayPress TV,
