Benzin növbələri uzanır, Duma isə yalnız bunu deyir: “Səbr edin, keçəcək” - VİDEO

Benzin növbələri uzanır, Duma isə yalnız bunu deyir: “Səbr edin, keçəcək” - VİDEO
03.07.2026 21:09 Dünya

Rusiyada yanacaqdoldurma məntəqələrində yaranan növbələrə münasibət bildirən Dövlət Dumasının Nəqliyyat Komitəsinin sədri Yevgeni Moskviçev vətəndaşları səbrli olmağa çağırıb.

TodayPress TV xəbər verir ki, o, şəxsən iki regiondakı yanacaqdoldurma məntəqələrində vəziyyəti yoxlayıb və yanacaq qıtlığının olmadığını müşahidə etdiyini bildirib.

“Düşünürəm ki, hər kəs sadəcə bir az səbr etməlidir - hər şey qaydasına düşəcək. Yanacaqdoldurma məntəqələrində həm dizel, həm də benzin var. Dünən xüsusi olaraq iki vilayətdə oldum. Bəli, növbələr var, bir qədər gözləmək lazımdır, amma yanacaq mövcuddur”, - deyə Moskviçev bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər